Mançester şəhəri Avro-2028 turnirinin ev sahiblərindən biri olacaq.

Offsideplus.az xəbər verir ki, lakin oyunlar “Mançester Siti”nin "Etihad" stadionunda təşkil ediləcək. “Mançester Yunayted”ə məxsus "Old Trafford" isə turnir üçün uyğun hesab edilməyib.

"Old Trafford" ciddi şəkildə köhnəlib və uzun müddətdir əsaslı təmirə ehtiyac duyur:

  • Stadionun bəzi hissələri yararsız vəziyyətə düşüb
  • Dam örtüyündə sızmalar qeydə alınıb
  • Stadion ərazisində siçan problemləri mövcuddur
  • Uzun illərdir lazımi səviyyədə investisiya yatırılmayıb

Məhz bu səbəblərə görə UEFA Avro-2028 üçün Mançesterdə keçiriləcək oyunların "Etihad" Stadionunda baş tutmasına qərar verib.