"Napoli"nin futbolçusu Viktor Osimhenin PSJ-yə keçidi baş tutmaya bilər.
Offsideplus.az xəbər verir ki, Paris klubu Osimhenin keçidi üçün 2 hücumçusundan birini satmalıdır.
Lakin Randal Kolo Muani və Qonçalo Ramos komandadan ayrılmaq niyyətində deyillər.
Bu səbəbdən keçidin baş tutmama ehtimalı var.
25 yaşlı futbolçunun "Napoli" ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.