"Real"ın futbolçusu Kilian Mbappe Fransa Peşəkar Futbol Liqasına (LFP) PSJ-dən şikayət edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb.
Ulduz oyunçu Paris klubundan PSJ-nin ona borclu olduğu 55 milyon avro məbləğində haqqı ödəməsini tələb edir.
PSJ-nin keçmiş futbolçusuna üç aylıq maaş və əlavə üstəlikləri ödəməkdən hələ də imtina etdiyi bildirilir. Mbappe bundan narazı qalıb və bu vəsaitə görə təzminat haqqı da tələb edir. Müvafiq məsələ ilə bağlı komissiyanın növbəti iclası dekabrın 11-də baş tutacaq.