2025-ci ildə keçiriləcək FIFA Klublararası Dünya Çempionatı üçün püşkatmada səbətlərin tərkibi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, püşkatma mərasimi 5 dekabrda Mayami şəhərində keçiriləcək. 32 klubun iştirak etdiyi püşkdə 8 komanda 4 səbətdə yer alıb. 

1-ci səbət: "Mançester Siti", "Real Madrid", "Bayern" (Münhen), PSJ, "Flamenqo", "Palmeyras", "River Pleyt", "Fluminense".

2-ci səbət: "Çelsi", "Borussiya" (Dortmund), "İnter" (Milan), "Portu", "Atletiko" (Madrid), "Benfika", "Yuventus", "Zaltsburq".

3-cü səbət: "Əl Hilal", "Ulsan", "Əl Əhli", "Kasablanka", "Monterre", "Leon", "Boka Xuniors", "Botafoqo".

4-cü səbət: "Urava", "Əl Əin", "Tunis", "Mamelodi", "Paçua", "Sittl Sounders", "Okland Siti", "İnter Mayami".