"Qalatasaray"ın sabiq ulduzu Fransa təmsilçisinin "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, "Olimpik" (Marsel) "Bayern"in futbolçusu Saşa Boeni qış "transfer pəncərəsi"ndə heyətinə cəlb etmək istəyir. Bu barədə "L'Equipe" məlumat yayıb.
Bundesliqa klubunun Boenin icarəyə verilməsinə müsbət yanaşdığı, lakin satışına razılığının çətin göründüyü qeyd olunub.
Qeyd edək ki, Saşa 2021-ci ildə "Renn"dən "Qalatasaray"a, 2024-cü ildə isə "sarı-qırmızılar"dan "Bayern"ə keçib.