Fransanın PSJ klubundan ayrılan Canluici Buffon İtaliya təmsilçisi “Yuventus”a qayıdıb.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı qolkiper tibbi baxışdan keçmək üçün Turinə gəlib. Daha öncə Buffonun “Yuventus”la 1 illik müqavilə bağlayacağı və bu müddətdə 1,5 milyon avro qazanacağı bildirlirdi.

Qeyd edək ki, Buffon 2001-2018-ci illərdə “Yuventus”da çıxış edib.