PSJ-də qapıçı Canluici Buffonun taleyinə aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, yayda "Yuventus"dan alınan italiyalı ilə 1+1 sistemli müqavilə imzalanmışdı. Buffon özünü yaxşı tərəfdən göstərəcəyi halda mövsümün sonunda yeni birillik sözləşmə qüvvəyə minəcəkdi. Paris təmsilçisi isə yayı gözləməyi lüzum bilməyib. Qolkiper yaxın günlərdə 2020-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləni imzalayacaq.

Qeyd edək ki, 40 yaşlı qolkiperbu mövsüm 13 oyunda 8 qol buraxıb.