"Barselona" yeni oyunçu keçidini reallaşdırmağa hazırlaşır.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun “Barselona” ilə transfer danışıqları apardığını iddia edib.
Məlumata görə, Kataloniya klubu hücum xəttini gücləndirmək üçün Reşfordu əsas hədəflərdən biri kimi müəyyənləşdirib. “Barselona” rəhbərliyinin futbolçunun nümayəndələri ilə görüş keçirdiyi və ilkin şərtləri müzakirə etdiyi bildirilib.
Hazırda Reşford “Mançester Yunayted” ilə uzunmüddətli müqaviləyə sahibdir. Lakin İspaniya mətbuatında yer alan məlumatlara əsasən, ingilis futbolçu “Barselona”nın oyun tərzinə uyğunlaşa biləcək bir futbolçu kimi qiymətləndirilir.