"Golden Boy" ("Qızıl Oğlan") mükafatının sahibi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, "Tuttosport" nəşri tərəfindən ilin ən yaxşı gənc futbolçusuna təqdim olunan mükafatın builki sahibi "Barselona"nın gənc ulduzu Lamin Yamaldır. Rəsmi açıqlamanın bu gün verilməsi gözlənilir. 

Qeyd edək ki, sözügedən mükafatı 2023-cü ildə "Real Madrid" klubunun yarımmüdafiəçisi Cud Bellinqem qazanmışdı.