UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Olimpik Lion"u Bakıda hansı sayda azarkeşin dəstəkləyəcəyi müəyyənləşib.
Bunu Offsideplus.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib:
"Bildiyiniz kimi, rəqib azarkeşlər üçün 448 yer ayrılıb. Fransa komandasını təxminən 120-150 fanatın dəstəkləyəcəyi gözlənilir".
Xatırladaq ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Olimpik Lion" matçının start fiti saat 21:45-də səsləndiriləcək.