"Göztepe"nin futbolçusu İsaak Sole üçün mövsüm erkən başa çatıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı yarımmüdafiəçi Super Liqanın XII turunda keçirdikləri görüşdə - "Beşiktaş"ı səfərdə yendikləri matçda (4:2) çarpaz diz bağlarından zədə alıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu 6 ay yaşıl meydanlardan uzaq qalacaq.