Avropa Futbol Assosiasiyaları İttifaqının prezidenti Aleksander Çeferin qurumun qeyri-kommersiya məqsədi ilə bağlı yaranan söz-söhbətlərə şərh verib.
Offsideplus.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Təcrübəli idarəçi bunları söyləyib:
"UEFA mənfəətlə bağlı deyil. Biz xalis gəlirimizin 97%-ni yenidən futbola yönləndiririk. Bəli, doğru eşitdiniz 97%-i. Qalan vəsait isə xərclərin ödənilməsinə və idmanımızın həyati vacib sahələri qadın, gənclər və futzalın dəstəklənməsinə aid edilir. Daha çox gəlir əldə etdikdə isə daha çox pul veririk. Bunu başqa kim edirik ki?".