CAS UEFA-nın "Barselona"nı 500 min avro məbləğində cərimələsi qərarına müdaxilə etməyib. 

Offsideplus.az bu barədə İdman Arbitraj Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat verir.

CAS qeydə alıb ki, Kataloniya təmsilçisi maliyyə ədaləti qaydalarının iki bəndini pozub, ona görə də cərimə tamamilə əsaslıdır. UEFA 2023-cü ilin iyulunda maliyyə nəzarəti komitəsinin birinci palatasının klubların fəaliyyəti ilə bağlı hesabatını dərc edib. Bununla da "Barselona"ya qeyri-maddi aktivlərin satışından əldə edilmiş mənfəətə dair düzgün hesabat verilməməsinə görə, 500 min avro məbləğində cərimə kəsilib.