"Real Madrid"in futbolçusu Luka Modriç tarixi uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Madrid təmsilçisinin heyətində meydana çıxan ən yaşlı oyunçu adını qazanıb. 

Sözügedən futbolçu "Selta"ya qarşı matçda bunu gerçəkləşdirib. Belə ki, o, bu uğura 39 yaş 40 gündə nail olub. 

Bununla da Ferents Puşkaşın 39 yaş 36 gün olan rekordunu qırmağa nail olub.