Karlo Ançelotti "Qalatasaray"ın ulduzunu "Real"a gətirmək istəyir.

Offsideplus.az xəbər verir ki, "kral klubu" Davinson Sançezin xidmətində maraqlıdır. Bu barədə Argentina mediasından "Ole" məlumat yayıb.

Kolumbiyalının da belə bir təklif gələcəyi halda müsbət yanaşacağı gözlənilir.

Qeyd edək ki, futbolçu "sarı-qırmızılar"a 2023-cü ilin yay "transfer pəncərəsi"ndə 9.5 milyon avroya cəlb olunub.