"Barselona"nın üzvü Lamin Yamal Andres İnyestanın karyerasını bitirməsi ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, "Barca Universal" danışan ispaniyalı gənc ulduz yarımmüdafiə haqda xoş ifadələr səsləndirib:
"Düzünü desəm, 2010-cu ildə keçirilən Dünya Çempionatı haqda heç nə xatırlamıram. Çünki uşaq idim. Lakin "Nou Kamp"da İnyestanın Messi və Neymarla birgə oyununu izlədiyimi xatırlayıram. Andres hər şeydən öncə çox sadə görsənirdi. Futbol belə oyunçu üçün darıxacaq".