Kilian Mbappe "Real"ın əfsanələrini geridə qoyub. 

Offsideplus.az xəbər verir ki, "kral klubu"nun yay "transfer pəncərəsi"ndə heyətinə qatdığı gənc ulduz zədələnməsinə baxmayaraq, adını yeni komandasının tarixinə yazdırmağı bacarıb. Fransalı İspaniya nəhəngində ən yaxşı üçüncü debütə imza atıb.

9 matçda 7 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan futbolçu Ronaldo (9 matç, 9 qol, 1 asist) və Bellinqamdan (9 matç, 8 qol, 1 asist) sonra üçüncü sırada yer alıb. 

Qeyd edək ki, 25 yaşlı oyunçu siyahıda Kərim Benzema, Raul Qonzales kimi böyük adlardan öndə gəlir.