Qapıçı axtarışında olan "Barselona" gözlənilməz addım atıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi karyerasını yenicə bitirən Voyslav Şesnı ilə təmasa keçib. Onun İspaniya nəhəngi üçün yenidən futbola qayıdacağı gözlənilir.

Qolkiper sərbəst oyunçu statusunda olduğu üçün transferin gerçəkləşəcəyi təqdirdə birbaşa komandaya qoşula bilər.

Qeyd edək ki, 34 yaşlı polşalının son klubu "Yuventus" olub.

Xatırladaq ki, "Barselona"da əsas qapıçı Mark Andre Ter Ştegen uzun müddətə sıradan çıxıb.