Arda Gülərin "Real Madrid" klubunda təsir gücü artır. 

Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, türk yarımmüdafiəçi "Real Valyadolid"ə qarşı oyunda (3:0) indiyə qədər çıxdığı oyunlar çərçivəsində ən yüksək performansı göstərib. Arda bu oyunda qapıya 5 zərbə göndərib ki, bu da "Real"a transferindən bəri ən yüksək göstəricidir. 

Bundan əlavə, ona qarşı 3 dəfə qayda pozuntusu qeydə alınıb. "Kral klubu" Ardanın gələcəkdə böyük rolu olacağını və cari mövsüm daha çox oyuna çıxacağını təkzib etmir.