Vinisius Junior Səudiyyə Ərəbistanından böyük təklif alıb. 

Offsideplus.az xəbər verir ki, “Əl Əhli” braziliyalıya illik 350 milyon avro maaş vermək niyyətindədir. Lakin, vinger “Real”dan ayrılmaq istəmədiyini bildirib. 

Madrid təmsilçisi futbolçusunu saxlamaq niyyətindədir. Eyni zamanda, Səudiyyə klubu "Real"dan 1 milyard avroluq sərbəst qalma bəndində endirim tələb edir.

24 yaşlı futbolçunun "kral klubu" ilə müqaviləsi 2027-ci ilə qədərdir.