"Barselona" klubunun gənc futbolçusu Ansu Fati aprelin sonunadək yaşıl meydanlardan kənarda qalacaq.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı hücumçunun tam sağalması üçün ən azı daha 12 həftə gərək olacaq.
Qeyd edək ki, Ansu Fati yanvarın 20-də "Atletik"ə 2:3 hesabı ilə uduzduqları ölkə kubokunun 1/8 final oyununda sıradan çıxıb.