"Barselona"nın baş məşqçisi Hansi Flik Joan Qarsiya barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, alman mütəxəssis qolkiper haqda bu sözləri deyib:
"Minnətdar olmalıyam, dünyanın ən yaxşı qapıçılarından birini transfer etmişik. Joan Qarsiya möhtəşəm oyun sərgilədi. O, sözsüz ki, dünyanın ən yaxşı qolkiperlərindən biridir".
Qeyd edək ki, "Barselona" "Espanyol"u 2:0 hesabı ilə məğlub edib.



