"Barselona" prezidenti arzuladıqları transfer üçün böyük satışa razıdır. 

Offsideplus.az xəbər verir ki, Xoan Laporta kluba maliyyə təmin etmək məqsədilə əsas oyunçu və ya digər dəyərli aktivləri satmağa hazırdır.

Məqsəd "Atlétilo Madrid"in ulduz hücumçusu Xulián Álvarezi transfer etməkdir. Argentinalı futbolçu klubun hələ də ən böyük arzularından biridir.

Qeyd edək ki, Xulián Álvarez “Atletiko”da 76 oyunda 39 qol vurub.