"Barselona” futbolçusu Erik Qarsiya ilə müqavilənin müddətini uzada bilər.
Offsideplus.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi müdafiəçi ilə 2030-cu ilin yayına qədər davam etmək istəyir.
24 yaşlı Qarsiya da “Barselona”da qalmaqda maraqlıdır.
Qeyd edək ki, futbolçunun klubla hazırkı müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir.



