"Real Madrid" rəhbərliyi Vinisius üçün qiymət təyin edib.
Offsideplus.az xəbər verir ki, İspaniya nəhəngi braziliyalı hücumçu Vinisius Junior üçün rəsmi transfer qiymətini 150 milyon avro səviyyəsində təyin edib.
Məlumata görə, futbolçunun gələcəyi Səudiyyə Ərəbistanında davam edə bilər.
İddialara əsasən, Vinisius ilə baş məşqçi Xabi Alonso arasında yaranmış gərginlik artıq braziliyalının gələn mövsüm “Real Madrid” formasını geyinməsini çətinləşdirir.



