"Barselona"nın transfer hədəfində olan Hulian Alvares gələcəyi barədə açıqlama verdi.

Offsideplus.az xəbər verir ki, Argentina millisinin və “Atletico Madrid”in hücumçusu bunları deyib:
"Bu klubla (Atletiko) qalib gəlmək istəyirəm. Buraya gələndə mənə inkişaf etmək və özümün ən yaxşı versiyasını tapmaq üçün şərait yaradılacağını hiss etdim. Buraya böyüməyə, komandaya töhfə verməyə və hər gün daha yaxşı olmağa davam etmək üçün gəlmişəm.”

Qeyd edək ki, "Atletiko Madrid" rəhbərliyi futbolçunu minimum 200 milyon avroya sata biləcəklərini bildirib.