Madrid "Atletiko"sundan ayrılan Sezar Azpilikuetanın yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu "Sevilya" ilə razılığa gəlib. O, azad agent kimi yeni klubuna qoşulacaq.

Bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Azpilikueta 11 illik "Çelsi" karyerasından sonra 2023-cü ildə "Atletiko"ya transfer olmuşdu.

O, "zadəganlar"ın heyətində 508 oyuna çıxıb və 9 titulun sahibi olub.