"Barselona"nın futbolçusu Lamin Yamal 18 yaşı tamam olub.
Offsideplus.az xəbər verir ki, bununla da onun yeni müqaviləsi aktivləşib və gənc vinger komandanın ən çox qazanan futbolçusu olub. O, klubla iyunun əvvəlində razılığa gəlmişdi, lakin razılaşmaya əsasən kontrakt ispaniyalı futbolçunun 18 yaşı tamam olandan sonra qüvvəyə minəcəkdi.
Bu barədə ispaniyalı jurnalist Santi Ovalle məlumat yayıb.
Yamal "Barselona" ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir.
O, sabah - iyulun 16-da yeni sözləşməyə imza atacaq və eyni zamanda gənc futbolçu komandanın yeni 10 nömrəsi olacaq. Bununla bağlı "Barselona" təqdimat mərasimi keçirəcək.



