"Real Madrid" Alvaro Karrerasın alternativini bəlirləyib.
Offsideplus.az xəbər verir ki, "kral klubu" 22 yaşlı sol cinah müdafiəçisinin transferində uğursuz olsa, Alexandro Qrimaldoya yönələcək.
Bu barədə "The Athletic" məlumat yayıb.
Qrimaldo "Real Madrid"in yeni baş məşqçisi Xabi Alonsonun sabiq oyunçusudur. O, iki mövsümdür "Bayer"də çıxış edir.
29 yaşlı müdafiəçi başa çatan mövsümdə 48 oyunda 4 qol vurub və 13 məhsuldar ötürmə edib.