"Real Madrid" bu yay Endriki heç bir yerə göndərməyi düşünmür.
Offsideplus.az xəbər verir ki, "kral klubu" artıq "Çelsi"nin təklifini rədd edib.
Bu barədə "Defensa Central" məlumat yayıb.
Endrik ötən ilin yayından "Real Madrid"də çıxış edir. O, cari mövsüm 36 oyunda 7 qol vurmağı bacarıb.
Qeyd edək ki, braziliyalı hücumçu ilə "Yuventus" da yaxından maraqlanırdı.