VAR olmasa idi, "Real Madrid" La Liqada çempion olardı.
Offsideplus.az xəbər verir ki, Videotəkrar sistemindən istifadə edərək hakim qərarlarına düzəlişlər nəzərə alınmadan İspaniya çempionatının cədvəli təqdim olunub.
Bu cədvəli İspaniyanın "AS" nəşri hazırlayıb.
VAR olmasa idi, "kral klubu" 37 turdan sonra 88 xalla turnir cədvəlinə başçılıq edərdi - bu, onların hazırki xalından 7 xal çoxdur. Vaxtından əvvəl İspaniya çempionu olan "Barselona" onlardan 8 xal geri qalaraq 2-ci yerdə olacaqdı.
Bu, "Atletiko"nun da vəziyyətini dəyişə bilərdi. Hazırda 3-cü yerdə olan Madrid klubunun yeri dəyişməyəcəkdi, lakin xalı 70-dən 77-yə yüksələcəkdi.