Lukas Vaskesin bu yay "Real"dan ayrılmaq ehtimalı yüksəkdir.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Kral klubu"nun yetirməsi olan Vaskes 2015-ci ildən əsas komandada çıxış edir. O, Madrid klubunun heyətində ümumilikdə 393 oyuna çıxıb və 5 dəfə Çempionar Liqasının qalibi olub.

İspaniyalı futbolçudan başqa daha bir neçə oyunçunun cari mövsümün sonunda "Real"ı tərk edəcəyi gözlənilir.