"Real" bu axşam La Liqanın 32-ci turunda "Atletik"i qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, bu görüş Karlo Ançelotti üçün "kral klubu"nun baş məşqçisi kimi sonuncu ola bilər. 

Bu barədə "Relevo" portalı məlumat yayıb

"Real" bu qarşılaşmada xal itirərsə, Ançelotti ilə vidalaşılacaq.

Madrid klubu hazırda La Liqada "Barselona"nın 7 xal gerisində 2-ci yerdədir.

Onlar Çempionlar Liqasında "Arsenal"a uduzaraq 1/4 finalda mübarizəni dayandırıb.