"Barselona" klubunun rəhbərliyi hücumçu Vitor Rokenin Braziliyanın "Palmeyras" klubuna keçidinə razılıq verib.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı futbolçunun transferi müqabilində 25 milyon avro tələb olunur.
Hərçənd "Barselona" Rokeni ötən ilin yanvarında Braziliyanın digər təmsilçisi "Atletiko Paranaense"dən 30 milyon avroya almışdı.
Lakin gənc hücumçu ümidləri doğrultmadığından katalonlar onu yayda "Real Betis"ə icarəyə veriblər. Roke icarə müqaviləsinin müddəti başa çatmasa da, "Barselona"ya dönmədən vətəninə qayıdır.
Qeyd edək ki, istedadlı futbolçu "Barselona"da 16 oyun 2 qol vurub.