"Barselona" klubu ulduz futbolçusu olan Messiyə 33 milyon avro bonus ödəməlidir.

Offsideplus.az xəbər verir ki, klubun futbolçu ilə 2017-ci ildə imzalanmış 4 illik müqaviləyə əsasan, Messi müqavilə bitənə qədər klubu tərk etmədiyi təqdirdə sadiq qalma bəndinə uyğun olaraq ona bonus ödənməlidir.

Həmçinin Messinin müqavilənin uzadılması üçün klubdan əlavə olaraq 100 milyon avro bonus aldığı da qeyd edilib.

Xatırladaq ki, ulduz futbolçu "Barselona" klubu ilə bu mövsüm 7 oyunda meydanda çıxaraq 3 qol vurub.