"Barselona" klubunun prezidenti Xoan Laporta komandanın sabiq baş məşqçisi Xavi ilə yolların ayrılmağına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, 63 yaşlı funksioner bunları söyləyib:

"Prezident olduğunuzda çox çətin qərarlar qəbul etməli olursunuz. Mən də çox çətin bir qərar verməli idim. Əgər Xavi ilə qalsaydıq, uduzmağa davam edərdik, Flick ilə isə qalib gəlməyə başladıq. Eyni oyunçularla Xavi uduzurdu, Flik isə qazanır".

Qeyd edək ki, "Barselona" 2024-cü ilin yayında Xavini göndərib komandanı Hansi Flikə etibar etmişdi.