Portuqaliyalı çalışdırıcı Joze Mourinyo “Real Madrid”ə yenidən baş məşqçi kimi qayıtmaq ehtimalı ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Mourinyo hazırda “Benfika” ilə müqaviləsinin daha bir ilinin qaldığını və müqavilədə hər iki tərəf üçün asan ləğv şərti olsa da, “Real Madrid” variantının hazırda gündəmdə olmadığını bildirib:
“Reallıq odur ki, ‘Benfika’ ilə daha bir ilim var və hər iki tərəf üçün asan ləğv edilə bilən maddə mövcuddur. Hazırda ‘Real Madrid’lə bağlı sıfır ehtimal var.”
Təcrübəli mütəxəssis əlavə edib ki, “Real Madrid”lə qarşılaşmaq və Arbeloanın komanda ilə liqanı qazanmasını görmək istərdi:
“Madridi mübarizədən kənarlaşdırmaq istərdim və Arbeloadan liqanı və daha çox titulları qazanmasını çox istərdim. O, çox yaxşı insandır və buna layiqdir.”



