“Real Madrid”in müdafiəçisi Dani Karvaxal klubdakı mövcud vəziyyətindən narazıdır.

Offsideplus.az xəbər verir ki, ispan futbolçu son vaxtlar az oyun şansı əldə etməsindən məmnun deyil və bu durum onun gələcəyi ilə bağlı sualları artırıb.

Bildirilir ki, Madrid klubu da Karvaxalla müqavilənin uzadılması məsələsində tərəddüd edir. Rəhbərlik futbolçunun performansı və rotasiyadakı rolu ilə bağlı yekun qərar verməyib.

Qeyd olunur ki, tərəflər arasında razılıq əldə olunmasa, Karvaxal yay transfer pəncərəsində komandadan ayrılmaq ehtimalını nəzərdən keçirə bilər. Təcrübəli müdafiəçinin mümkün gedişi ilə bağlı Avropanın bir neçə klubunun vəziyyəti izlədiyi də iddia edilir.