“Barselona”nın baş məşqçisi Hansi Flick mətbuat konfransında “Real Madrid”ə qarşı tez-tez qazanılan qələbələrlə bağlı sualı cavablandırıb.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis bu cür məqamların dəyərini bilmək lazım olduğunu vurğulayıb:

“Belə situasiyalardan zövq almaq lazımdır, çünki futbolda hər şey çox tez dəyişə bilər. Hazırda işlərin gedişindən çox məmnunam.”

Flik "Barselona" azarkeşlərinin ona və komandasına olan münasibətindən də danışıb:

“Barselonadakı insanlar mənə və komandama qarşı çox mehribandırlar. Bu hissi yaşamaq xoşdur və məhz buna görə hər gün çox çalışırıq.”

Baş məşqçi qazanılan ilk titula da toxunub:

“İlk titulu qazandıq, amma bu, asan başa gəlmədi. Bunun üçün çox çalışdıq. İndi isə növbəti məqsədi düşünməliyik.”