Bu gün "Sabah" klubu "Sent-Patriks"i öz meydanında qəbul edəcək.
"Bayquşlar" ilk qarşılaşmada kı məğlubiyyətin revanşını almağa çalışacaq. Bakı təmsilçisi bu mərhələni keçə bilsə, növbəti raundda "Başakşəhər"lə üz-üzə gələcək. "Sabah"ın axşam keçiriləcək bu həlledici oyundakı şanslarını daha yaxşı qiymətləndirmək üçün Arif Əsədova müraciət etdik. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:
"İlk oyundakı məğlubiyyətə baxmayaraq, "Sabah"ın növbəti mərhələyə keçmək üçün yaxşı şansı var. İlk 10-15 dəqiqəni saymasaq, oradakı oyunda rəqib tərəfindən təzyiqlə üzləşdik. Düşünürəm ki, "Sabah" bugünkü oyunda azarkeş dəstəyi ilə birlikdə yaxşı performans göstərə bilər. Çətin olacaq, amma, müdafiədə dəqiq oynayıb, diqqətli olsalar, rəqibin hücumlarının qarşısını alaraq qol buraxmasalar, növbəti mərhələyə keçəcəklərinə inanıram. Məncə, "Sabah" mütləq qol vuracaq. Əsas odur ki, qapısını toxunmazlıqda saxlaya bilsin."