Bu gün Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçında "Sabah" "Sent-Patriks" qəbul edəcək.

"Bayquşlar" ilk oyundakı məğlubiyyətin acığını çıxmağa çalışacaq. Bakı klubu mərhələni adlayacağı təqdirdə, "Başakşəhər"lə üz-üzə gələcək. “Sabah"ın şansını dəyərləndirməsi üçün Azər Bağırova üz tutduq. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"İlk oyunun nəticəsi "Sabah" üçün heç də qənaətbəxş deyildi. Komandamız taktiki cəhətdən də ilk görüşdə yaxşı təsir bağışlamadı. Bu görüşdə rəqib müdafiədən oynayacaq. Çünki onlar cinahlardan hücum qururdular. Nəticə məncə, 50/50-ə olacaq. Evdə oynadığımız üçün azarkeşlərin dəstəyi vacibdir. Ümid edirəm ki, qələbə qazanarıq."