Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. 

 Azərbaycan təmsilçisi "Zirə" Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək. Axşam baş tutacaq matçda "qartallar"ın şansını dəyərləndirməsi üçün Ceyhun Sultanova üz tutduq. Veteran futbolçu Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Axşamkı oyun iki komanda üçün də çətin olacaq. İkisinin də şansları var. "Zirə"nin göstərdiyi performans bizdə daha da yaxşı oyuna ümid yaradır. 

Nəticələr göstərir ki, "Zirə" daha da yaxşılaşıb.

Səfərdə alınan nəticə evdə qələbə qazanmağımıza ümid verir. Baxmayaraq ki, "Osiyek" gücüdür. Amma "Zirə" göstərdi ki, bu komandanı da məğlub etmək olar. Futbolçular günlərində olacaqsa, əlbəttə ki, "Zirə" qalib gələcək.

Yox, imkanlardan istifadə edə bilməyəcəksə, "Osiyek" kimi komandalar bir fürsətdən yararlanaraq matçın taleyini həll edəcək potensialda olurlar. İnşallah, qələbə qazanan tərəf biz olarıq. İnanırıq ki, mərhələni keçmək gücümüz var."