UEFA Konfrans Liqasının III Təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Zirə" ilk oyunda 1:1 hesabla heç-heçə etdiyi "Osiyek"i qəbul edəcək. 

Offsideplus.az xəbər verir ki, oyundan öncə baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Federiko Kopitelli jurnalistlərin suallarını cavablandırıb. 

İtaliyalı mütəxəssis ilk oyunla bağlı fikirlərini bölüşüb:

"İlk oyunda komanda müdafiə olunurdu. "Zirə"nin şansları evdəki oyunda az idi. Bu da müdafiə sistemimiz ilə əlaqəli idi. Rəqibin qol vurmağa şansları var. Ot örtüyünü görəndən sonra adaptasiya olmağa çalışacağıq. Meydançadan asılı olmadan buna alışmalıyıq".

Qeyd edək ki, "Zirə" - "Osiyek" qarşılaşması 15 avqust saat 20:30-da "Dalğa Arena"da keçiriləcək.