"İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər"

Offsideplus.az xəbər verir ki, bunu "Fehervar”ın (Macarıstan) baş məşqçisi Tamaş Petyo deyib.

Mütəxəssis Azərbaycanda uğurlu nəticə göstərəcəklərinə inandığını bildirib:

"Yaxşı futbol nümayiş etdirib, qələbə qazana bilərik, əsas planımız bundan ibarətdir. "Sumqayıt"ın heyətində bir neçə dəyişiklik olub. Heyətlərini səviyyəli futbolçularla gücləndiriblər. Düşünürəm ki, onların yeni transferləri komandanın gücünə güc qatacaq. İnanıram ki, futbolçularmız Azərbaycanda uğurlu nəticə göstərəcəklər. Komandamın "Sumqayıt" üzərində qələbəsinə inanıram".

"Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.