UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Zirə" -  “DAC 1904" oyunundan əvvəl qonaq komandanın baş məşqçisi Xisko Munyos mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis "Zirə"nin olduqca səviyyəli oyun sərgilədiyini qeyd etdi:

"Sabah bizi çətin oyun gözləyir. Rəqibin səviyyəsini bilirik. Yaxşı heyətlə çıxış etməyə çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq. "Zirə"nin hücum potensialına bələdik. Rəqib kluba təşəkkür edirik ki, bizə səyahətlə bağlı dəstək göstərdilər. Sabah istirahət üçün vaxtımız var". 

Munyos "Zirə" - "Şerif" matçı ilə də bağlı düşüncələrini bölüşdü:

"Oyunun taleyni kiçik məqamlar həll etdi. Hər ikisi olduqca güclü idi. Taktiki cəhətdən formalaşıblar. 7 aydır avrokuboklardakı çıxışımızı gözləyirik. Futbolçularım oyunun önəmini başa düşür".