UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Zirə" -  “DAC 1904" oyunundan əvvəl qonaq komandanın üzvü Kristian Qerts mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi onları çətin oyun gözlədiyini deyib:

"Komanda daxilində ab-hava yaxşıdır. Bizi çətin oyun gözləyir. Yaxşı futbolçularımız var. Sabah sona qədər mübarizə aparıb, qələbə qazanmaq istəyirik. Komanda ruhu olduqca yaxşıdır. Məşqdə öyrəndiklərimizi meydanda edə bilirik. "Zirə" ilə bizə çətin olacaq. Rəqib müdafiədə yaxşıdır, inanıram ki, boşluqlar tapıb, qollar vura biləcəyik".

Futbolçu Renat Dadaşovla birlikdə oynadığını bildirdi:

"Renat haqda mənfi nəsə deyə bilmərəm. Birlikdə "“Qrasshopper” oynamışıq, mütəmadı olaraq danışırıq".