UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Zirə" -  “DAC 1904" oyunundan əvvəl meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis matçın çətin keçəcəyini qeyd etdi:

"Sabah növbəti oynumuza çıxacağıq. Bu dəfə gücümüzü Konfrans Liqasında sınayacağıq. Yaxşı komandaya qarşı oynayacağıq. Azarkeşləri maraqlı oyun gözləyir. Çalışacağıq ilk matçda üstünlük qazanacaq. Qarşılaşmanın taleyi ikinci oyunda həll olunacaq. Cavab oyunu rəqib meydanda olacaq. Bu, onların üstünlüyüdür. İnşallah, sabah yaxşı oyun sərgiləyib, qələbə qazanmaq istəyirik". 

Qarşılaşma 20:30-da start götürəcək.