Konfrans Liqasında “Zirə”nin qonağı olacaq “Dunayska Streda”nın Azərbaycana səfər planı bəlli olub.

Offsideplus.az xəbər verir ki, Slovakiya təmsilçisi sabah axşam saatlarında Bakıda olacaq. Kollektiv "Hilton" hoteldə məskunlaşacaq. 

Klub "Dalğa Arena"da keçirilməli olan məşqdən imtina edib.

"Dunayska Streda" paytaxtımızda dəstəksiz qalmayacaq. Komanda ilə birgə 50 nəfər ölkəmizə səfər edəcək.