Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt" "Fehervar"la qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, Macarıstan təmsilçisinin ölkəmizə səfər planı bəlli olub. "Fehervar" sabah səhər saatlarında Bakıda olacaq. Onlar "Hyatt Regency" hotelində məskunlaşacaq. 

Macarla "Sumqayıt"la oyunda dəstəksiz qalmayacaq. "Fehervar"ın 50 azarkeşi qarşılaşma zamanı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda öz yerini alacaq.

Qeyd edək ki, görüş iyulun 25-i saat 20:00-da start götürəcək.