UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransı və açıq məşqin vaxtı məlum olub.

Offsideplus.az klubun mətbaut xidmətinə istinadən xəbər verir ki, əvvəlcə saat 17:30-da rəqib komandanın baş məşqçisi Tamaş Peto və 1 futbolçu media mənsubları önünə çıxacaq. 

Saat 18:30-da “Fehervar”ın oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.

Daha sonra isə “Sumqayıt” FK-nın baş məşqçisi Samir Abasov və kapitanı Vüqar Mustafayevin mətbuat konfransı saat 19:30-da baş tutacaq. 20:00-da isə komandanın oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" matçı iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.